“Gəncə şəhərində yaşayan Gənclərə Könüllülük: uğur formulu" kitabı hədiyyə ediləcək

Tədbirlər

“CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi gənclərin, tələbələrin və könüllülərin istəklərini nəzərə alaraq öz tərəfdaşları – Regional İnkişaf – RİİB, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bir Könüllü Tələbə-Könüllü Proqramı, Bakı Şəhər Halqası Könüllüləri (Baku City Circuit Volunteers) və ASAN Könüllüləri / ASAN Volunteers Təşkilatı ilə birgə 9 mart 2018-ci il tarixində, saat 18:00-dan 19.30-a dək tələbə-könüllülər üçün Gəncə şəhərində, Ganja Mall -da yerləşən LIBRAFF kitab mağazasında “Könüllülük: uğur formulu” kitabının sayca 4-cü imza gününü təşkil edəcək.

İmza günündə kitabın həmmüəllifləri Dr. Nadir Adilov və Elvin Pashayevtərəfindən imzalanmış kitablar könüllülük hərəkatından məzun olmuş, habelə hazırda könüllü olan tələbə-könüllülərə hədiyyə olunacaq.

“Könüllülük: uğur formulu” gənclərin şəxsi inkişaf kitabı Azerbaycan Turizm ve Menecment Universitetinin Elmi Şurasının qərarı ilə nəşrə tövsiyə edilib.

Kitab gənclərin və tələbələrin şəxsi inkişafında könüllülük fəaliyyətinin rolundan bəhs edir.

Bu dəfə Gəncə şəhərində yaşayan və təhsil alan tələbə və könüllülərə “Könüllülük: uğur formulu” kitabının hədiyyə edilməsi nəzərdə tutulur.