YARAT Teatr Klubu: Lift pyesi

Tədbirlər Xəbərlər

Martın 16-sı Sizi yazıçı, bloqqer və jurnalist Nata Osmanlının yazıçı və ssenarist İsmayıl İmanovla birgə yazdığı “Lift” pyesinin immersiv oxunuşuna dəvət edirik.

Tədbirdə iştirak edəcəklər: Ülviyyə Könül, Fərhad Aşurbəyli, Könül Kərimova, Nərminə Məmmədzadə, Anfisa Bessonova, Rüfət Nəzər, Nərmin Kərimbəyova, Sergey Torqaşev və Cavid Muradlı (Çed Rassel). Tədbirə gələn tamaşaçılar pyesin oxunma zamanı və ya fasilələrdə personajlar və müəlliflərlə ünsiyyət qurmaq, onlara məsləhət vermək və ya əksinə, qəhrəmanları hansısa səhv addım atmaqdan çəkindirəcəklər.
Biz əsl sevgi və onun metamorfozlarından, tənhalıqdan, həmçinin 30 yaşlıların həyatında baş verən kiçik və böyük böhranlar haqqında danışacağıq. Axşam çox qeyri-adi keçəcək!

16 mart, saat 19:30
Giriş sərbəstdir