“Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” -Elmi Konfrans

Tədbirlər

ELMİ KONFRANS
CÜMHURİYYƏT İDEOLOGİYASI KONTEKSTİNDƏ FİLOLOGİYA ELMİ
Azərbaycan Universiteti 06 aprel 2018-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi” mövzusunda respublika elmi konfransı keçirir.
Konfransın işi aşağıdakı istiqamətlər üzrə aparılacaqdır:
– Dil. Azərbaycan ədəbi dilinin müasir durumu və nəzəri problemləri
– Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması prinsipləri
– Müasir Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində
– Ədəbi tənqid və ədəbiyyatşünaslıq problemləri
Məqalələrin son göndərilmə tarixi 11 mart 2018, məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 1 aprel 2018-ci ildir.
Təşkilati və digər məsələlərlə bağlı daha ətraflı məlumat üçün:
(+99412) 431 41 12/13/16/17 (daxili 153)
Konfransın səhifəsinə keçid:
http://au.edu.az/cikfe