WoWoman in Village: Waterfall Lavash Tour

Faydalı Tədbirlər

Əziz WoWoman İzləyiciləri ❤
Xanımlara özəl təşkil olunan təbiət turlarının ilk Sezonun və ilk Epizoduna hazırsınızmı?
Bu aydan etibarən fərqli formatlarda həm öyrədici, həm istirahət, həmdəki təbiət mövzularını əhatə edən turlara başlayırıq. İlk Turumuzu Aprel ayının 28, yazın gözəl vaxtlarında Qubanın Yuxarı Xanəgah, Girdah kəndlərinə və Girdah şəlaləsinə yürüş edəcəyik. Tur dağ-meşə “Qəzinti yürüşü” proqramıdır amma fərqli rənglər də qatılacaq. Səhər tezdən görüşüb xüsusi ayrılmış avtobusla Bakıdan Qubanın mərkəzinə, oradan da Yuxarı Xanəgah kəndinə yollanacağıq.
Tur Proqramı:
06:40 – Gənclikdə Mall’ın qarşısında görüşəcəyik
07:00 – Bakıdan çıxış
10:20 – Yuxarı Xanəgah. Yüngülvarı səhər yeməyi və samovar çayı!
11:15 – Girdah Şəlaləsinə doğru Yürüş
13:30 – Girdah Şəlaləsi. Nahar Fasiləsi
14:15 – Yuxarı Xanəgaha doğru yol almaq
16:15 – Yuxarı Xanəgahda Samovar çayı
17:00 – Bakıya geri dönüş
20:00 – Bakıdayıq.
Tur haqqında ətraflı məlumat:
Kənd evlərinin birində ağbirçəy xanımlarımız ilə xəmir açmağı, təndirdə lavaşı düzqün yerləşdirməyi və bişirməyi birlikdə öyrənəcəyik. Səhər yeməyindən sonra isə Girdah Şəlaləsinə doğru yola düşüləcək. Tur zamanı çox saylı interaktiv oyunlar keçiriləcək.
*Kənd evində, təndir qırağında ən yaxşı lavaş xəmiri açan xanım növbəti turumuza 50% endirim qazanacaq.

Nəzərə alınmalı məqamlar:
*Biz qrup menecmenti olaraq sadəcə bu qrupun bir araya gəlməsinə xidmət edirik. Tur zamanı təbiətdə sizin başınıza gələn hər hansı hadisələrə görə Qrup Menecmenti cavabdeh deyil. Amma istənilən halda yürüş zamanı Tur Bələdçilərinin Təlimatlarını dinləmək və onlar ilə məsləhətləşmək zəruridir.
*Tur Programı yalnız Xanımlar üçün nəzərdə tutulub.
Yemək Proqramı:
– Yüngül səhər yeməyi (pendir, lavaş) və samovar çayı.
*Bu səbəbdən iştirakçıların özləri ilə günlük yemək, sendviç, çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar ola bilər (termosla qaynar su götürmək də arzuolunandır), və içəcək (su ehtiyatı (1L) götürməkləri məsləhətdir.
Məsafə:
– Ayaqla gediləcək yolun gediş-gəliş uzunluğu: 8-9 km
Yürüş müddəti:
– 3-4 saat
*Qrup şəklində hərəkət ediləcək. Yolüstü yorulub geri qayıtmaq istəyənlər nəzərə alınacaq.

Aşağıda qeyd olunan əşyaları özünüzlə götürməyiniz məsləhətdir:
– Bel çantası (həcmi 10-30 litr)
– Rahat geyim, su və külək keçirməyən gödəkçə
– Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
– Gün eynəyi, günəş kremi və yürüş çubuqları (arzuolunandır)
– Əlavə geyim (corab, qısaqol köynək, papaq, əlcək və s.)
– Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

– Görüş vaxtı: 28 Aprel saat 06:40-dır! 07:00-da yola çıxılacaq.
*Vaxt məhdudiyətinə görə, xahiş olunur ki, hər kəs qeyd olunan saatda, Gənclik Mall, Starbucks girişinin yanında olsun. Gecikənlər gözlənilməyəcək.
– Görüş Yeri: Gənclik Mall, Starbucks girişi.

Turun qiyməti:
– 24 Aprel günün sonuna kimi ödənilərsə 29 AZN,
– 26 Aprel günün sonuna kimi 32 AZN,
– 27 Apreldə (Son gün) ödənilərsə 35 AZN olacaq.
Şəxsi avtomobil ilə gəlmək istəyənlər üçün ödəniş 17 AZN-dir.
*Tur üçün ödəniş edildikdən sonra iştirakçı tura gələ bilmədiyi halda 25 Aprel tarixinə qədər, ödənişin 50% geri qaytarılır. Aprel ayının 26-dan ödənişin heçbir hissəsi geri qaytarılmır.

Qiymətə daxildir:
– Bakı – Quba – Xanəgah- Quba – Bakı aviareysi
– Yüngül səhər yeməyi və samovar çayı.
– Master-class “Təndirdə Lavaş yayma və bişirmə” .
– Səyahət Sığortası.
– Bələdçilər.
– Professional çəkiliş grupu (şəkilçəkənlər)

Qeydiyyat və ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrə ilə əlagə saxlaya bilərsiniz:
1. Ahmadiyya Hajiyev: +994(70) 201-14-92.
Qeydiyyat üçün son tarix, 27 Aprel 15:00-dır.
*Yerlər məhduddur qeydiyyatdan keçməyə tələsin.