Tiflisdə müsəlman izləri

Faydalı

Aşağıda, rus fotoqrafı Aleksey İvaniskiy tərəfindən 1858 – ci ildə çəkilmiş, Tiflisdə yerləşən müsəlman məzarlığının şəkilləri ilə tanış ola bilərsiz. Məzarlıq 17 ci əsrdə salınmışdı və “Gorxana” adlandırılırdı. Şərqi Gürcüstanın Səfəvilərin vassalı olduğu dövürdə, məzarlıq yerləşdiyi ərazidə Seyidlər məskunlaşmışdı, bu səbəbdən bu ərazi Seyidabad adlandırılmağa başlanmışdı. Bu qəbristanlıqda Tiflisdə yaşayan müsəlmanlar dəfn edilirdilər. Burada siz, məzarlıq ərazisində yerləşən,  vacib şəxslərə məxsus,  sayısız türbələr görə bilərsiniz.

Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Abdulla Ağa Bakıxanov, Məmməd Həsən Hacınski, yazıçı və publisist Qamqüsər, rejisor və aktyor İbrahim İsfahanlı, Mehdiqulu xan Vəfa, diplomat Behbud Şahtaxtinski, İsa Şahtaxtinski, Adilə Şaxtaxtinskaya, yazışı və publisist Eynəli Sultanov, yazıçı və publisist Rzaqulu Nəcəfov,Müzəffər Nərimanov, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Fərəc bəy Sultanov, Mirzəli Abbasov, Abas Quranov, Ənvər Xudaverdiyev, Mustafa Vəliyev, Yusif Hacızadə, Hüseyn Bəhmənov, Rzabala Rzayev, Axundovun ailə üzvləri, onun həyat yoldaşı Tubu xanım, oğlu Adil bəy və qızı Seyra – bəyim, həyat yoldaşının bacısı və qardaşı, Vazehin həyat yoldaşı və başqaları bu məzarlıqda dəfn olunmuşdur. Onlardan bir çoxunun adı panteonun qarşısında qoyulan abidənin üzərinə yazılmışdır.